AFFA "Qəbələ"ni cəzalandırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib. SportLine.az xəbər verir ki, toplantıda Topaz Premyer Liqasının XIV tur qarşılaşmaları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

"Sabah” – "Keşlə” matçında "Sabah” klubunun 4, "Keşlə” klubunun 5 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur  (maddə 40).

Topaz Premyer Liqasının XIV turunun "Səbail” – "Qəbələ” matçının 85-ci dəqiqəsində "Qəbələ” klubunun 10 №-li futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 55-ci dəqiqəsində "Qəbələ” klubunun məşqçisi Miloş Yevtic texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 62). Oyunun 63-cü dəqiqəsində "Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52). Oyunun 68-ci dəqiqəsində "Səbail” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).