AFFA rəsmisi Hollandiyanın oyununa təyinat aldı
AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev yeni təyinat alıb.
SportLine.az xəbər verir ki, milli assosiasiya rəsmisi 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə qrup mərhələsinin Latviya – Hollandiya oyununda UEFA nümayəndəsi olacaq.
Görüş oktyabrın 12-də Riqa şəhərindəki "Skonto" stadionunda keçiriləcək.
AFFA-nın məlumatı