AFFA rəsmisi UEFA sammitində

İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 6-7 fevral tarixlərində  “Stadion və Təhlükəsizlik Strategiyası” sammiti təşkil olunub.

Sportline.az xəbər verir ki, sammit UEFA İcraiyyə Komitəsi tərəfindən  21 Yanvar 2016-cı il tarixində  təsdiq edilmiş, 2017-2021-ci illəri əhatə edən UEFA stadion və təhlükəsizlik strategiyası çərçivəsində keçirilir.

Tədbirdə AFFA-nın İnfrastruktur direktoru Kamran Vəliyev və AFFA-nın təqdimatı əsasında  Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin  və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları iştirak edir.