AFFA Riçard Qadzenin vərəqəsini ləğv etdi

AFFA İntizam Komitəsi "Zirə"nin futbolçusu Riçard Qadzeyə Azərbaycan Premyer Liqasının XXVI turunda "Səbail" komandası ilə görüşdə göstərilmiş sarı vərəqəni ləğv edib.

SportLine.az xəbər verir ki, bu qərar 43-cü dəqiqədə baş vermiş epizodun videotəkrarına baxıldıqdan sonra verilib. Qərarda bildirilir ki, baş hakim İnqilab Məmmədov Gadzeyə simuliyasiyaya görə sarı vərəqə göstərərkən, epizodu düzgün qiymətləndirməyib.

Qeyd edək ki, görüş "Zirə"nin 1:0 hesablı səfər qələbəsi ilə yekunlaşıb.