AFFA "Sumqayıt"a texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Spoetline.az xəbər verir ki, komitə üzvləri I divizionun II turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib. Qərarları təqdim edirik:

* "Sumqayıt-2” - "Neftçi-2” matçında əvəzetmə zamanı "Sumqayıt-2” klubunun protokolda adı olmayan futbolçusu meydana çıxdığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 400 manat cərimə olunur.

 

* "Turan Tovuz” - "Qaradağ Lökbatan” matçında "Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

- Oyunun 86-cı dəqiqəsində "Qaradağ Lökbatan” klubunun futbolçusu Aqşin Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

* "Ağsu” - "Səbail-2” matçında "Ağsu” və "Səbail-2” klublarının 6 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur.

- "Səbail-2” klubunun nümayəndəsinin oyun öncəsi iclasda iştirak etməməsinə görə klub 80 manat cərimə olunur.

 

* "Qarabağ-2” - "Zaqatala” matçında "Qarabağ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

- Oyunun 59-cu dəqiqəsində "Qarabağ-2” klubunun futbolçusu Nihad Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

- "Qarabağ-2” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur.

- "Qarabağ-2” klubu AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi  göstərişləri yerinə yetirmədiyinə görə (meydançanın ətrafında kənar şəxslər olub) klub 80 manat cərimə olunur.

- "Qarabağ-2” klubu PFL-in əsasnaməsinin 9-cu maddəsində qeyd olunan şərtləri yerinə yetirmədiyinə görə klub 80 manat cərimə olunur.

- Oyunöncəsi iclasda polis nümayəndəsi gecikdiyinə görə meydan sahibi klub 40 manat cərimə olunur.