AFFA "Sumqayıt"ı cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, İK Topaz Premyer Liqanın 25-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Topaz Premyer Liqasının 25-ci turunun  “Qəbələ” – “Kəpəz” matçında “Kəpəz”in azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan əsasında “Qəbələ”nin təqdim edəcəyi hesabın Gəncə klubu tərəfindən ödənilməsinə qərar verilib.

Topaz Premyer Liqasının 25-ci turunun  “Sumqayıt” – “Səbail” matçının ikinci hissəsində “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.