AFFA Tərlan Əhmədovu cəzalandırdı

"Keşlə" futbol klubunun baş məşqçisi Tərlan Əhmədov bir oyunluq cəzalandırılıb. 

Sportline.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib. 48 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasında XXV turun “Qarabağ” komandası ilə səfər matçında hakimə qarşı kəskin etiraz etdiyi üçün texniki zonadan kənarlaşdırılıb.

O, aprelin 27-də "Sabah" klubu ilə səfər oyununda texniki zonada yer ala bilməyəcək. "Keşlə" isə Əhmədova görə 800 manat cərimə olunub. 

Qeyd edək ki, görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 3:0.