Afrika Millətlər kuboku start götürüb

Misirin paytaxtı Qahirə şəhərində futbol üzrə Afrika Millətlər Kuboku start götürüb.

Sportline.az xəbər verir ki, yarışın açılış matçında meydan sahibləri Zimbabve ilə görüşüblər. Oyun Misirin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 41-ci dəqiqədə Mahmud Hassan vurub.

Afrika Millətlər Liqasının reqlamentinə əsasən, 24 komanda 6 qrupa bölünüb. İlk iki yeri tutan və ən yaxşı göstəriciyə malik 4 qrup üçüncüsü pley-off mərhələsinə vəsiqə qazanacaq. Yarışa iyulun 19-da yekun vurulacaq.

Bu gün Konqo DR - Uqanda, Nigeriya - Burundi və Qvineya – Madaqaskar oyunları keçiriləcək.

Qeyd edək ki, yarışın sonuncu qalibi Kamerun yığması olub. Turnirin ən titullu komandası isə hesabında 7 çempionluq olan Misirdir.