Afrika Millətlər Kubokunda finalçılar məlumdur

Afrika Millətlər Kubokunda finalçılar müəyyənləşib.

Sportline.az xəbər verir ki, finalda Seneqal və Əlcəzair komandaları üz-üzə gələcəklər. Görüş iyulun 19-da keçiriləcək.

Qeyd edək ki, Seneqal millisi yarımfinalda Tunisə 1:0, Əlcəzair seçməsi isə Nigeriyaya 2:1 hesabı ilə qalib gəlib.