Afrika Millətlər Kubokunun püşkü atılıb

Afrika Millətlər Kubokunun final mərhələsinin püşkü atılıb. 

Sportline.az xəbər verir ki, Misirdə keçiriləcək yarışda 24 komanda mübarizə aparacaq.  

A qrupu: Misir, Konqo DR, Uqanda, Zimbabve

B qrupu: Nigeriya, Qvineya, Madaqaskar, Burundi

C qrupu: Seneqal, Əlcəzair, Keniya, Tanzaniya

D qrupu: Mərakeş, Kot d İvuar, CAR, Namibiya

E qrupu: Tunis, Mali, Mavritaniya, Anqola

F qrupu: Kamerun, Qana, Benin, Qvineya-Bissau

İyunun 21-də start götürəcək Afrika Millətlər Liqasında 1/8 finala hər bir qrupdan 2 komanda və 3-cü yeri tutanlardan ən yaxşı göstəriciyə malik 4-ü yüksələcək. Açılış oyunu Misir və Zimbabve arasında olacaq. Final görüşü isə iyulun 19-da keçiriləcək.