Afrikalı futbolçunun "Qarabağ"a keçidi alınmayacaq

Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubunun hücumçusu Xama Billiatın "Qarabağ"a keçidi alınmayıb.

Sportline.az "Soccer Laduma"ya istinadən xəbər verir ki, "Qarabağ"ın zimbabveli hücumçunu heyətinə qatmaq üçün ilkin müqavilə təklifi qəbul olunmayıb. Hazırda Billiatın digər variantları nəzərdən keçirdiyi bildirilir. Qeyd edək ki, 28 yaşlı forvardın hazırkı müqaviləsi iyunun 30-da başa çatacaq.