Aftandil Hacıyev: "Avropa Liqasına hazırlaşırıq"

Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün bürünc mükafatçısı "Səbail" yeni mövsümə hazırlaşır.

Sportline.az saytına danışan "Səbail"in baş məşqçisi Aftandil Hacıyev komandadakı son xəbərləri çatdırıb.

"Məşqlərə başlamışıq. Gənc komandayıq. İlk dəfə Avropa Liqasında iştirak edəcəyik. Mərhələ adlamaq üçün əlimizdən gələni etməyə hazırıq. Əvəzedici heyətdəki gənc futbolçulara baxırıq. Hətta legionerlərlə bağlı məsələ də diqqətimizdədir. Hələ ki, onu deyə bilərəm ki, komandamıza makedoniyalı qapıçı cəlb etmişik. Bu, Daniel Bojinovskidir. Onun çıxışını yüksək qiymətləndirirəm.

Yeni mövsümə gəldikdə isə, onu deyə bilərəm ki, "Səbail" kimi gənc klubun cəmi 3 ilə bürünc medal qazanması yüksək nəticədir. Yenə də mükafat uğrunda mübarizə aparacağıq".