Aftandil Hacıyev "Səbail"dən ayrılır?

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev klubdan ayrıla bilər. 

Sportline.az xəbər verir ki, bu barədə sport7.az-a etibarlı mənbədən məlumat verilib. 

Məlumata görə, Aftandil Hacıyev yaxın kəslərinə klubdan ayrılacağını deyib.

Lakin kluba rəsmi olaraq hələlik müraciət etməyib. Onun bu fikrə düşməsinin səbəbi isə "Səbail"də maliyyə sıxıntısının olmasıdı.