Ağabala Ramazanov dubl etdi, "Qarabağ" 3 xal qazandı

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XVI tura yekun vurulub.

SportLine.az xəbər verir ki, "Kəpəz” - "Keşlə” görüşündə hesab açılmayıb. "Qarabağ” isə "Səbail”i üstələyib – 3:2.

Qeyd edək ki, ilk oyun günündə "Sumqayıt” "Neftçi”ni (1:0), "Qəbələ” isə "Zirə”ni (4:0) məğlub edib.

XVI tur, 19 fevral

"Kəpəz” - "Keşlə” 0:0

"Səbail” - "Qarabağ” 2:3
Qollar:
Aqşin Qurbanlı, 6-p.; Asif Mirili, 37 - Ağabala Ramazanov, 11, 41; Famil Camalov, 48

1 Qəbələ 16 38
2 Səbail 16 27
3 Keşlə 16 24
4 Zirə 16 22
5 Qarabağ 16 20
6 Neftçi 16 19
7 Sumqayıt 16 16
8 Kəpəz 16 9