Ağabala Ramazanov "Zirə"yə keçdi

"Zirə" yeni futbolçu ilə anlaşıb.

Sportline.az xəbər verir ki, paytaxt klubu "Səbail"dən ayrılan Ağabala Ramazanovla müqavilə bağlayıb. 26 yaşlı hücumçu ilə müqavilənin müddəti 1,5 illikdir.

Ramazanov daha əvvəl "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt", "Keşlə", "Qarabağ" və "Səbail"də çıxış edib.