Ağayevin idarə etdiyi oyunda 6 qol
FİFA referimiz Əliyar Ağayev bu gün keçirilən Rusiya - Çexiya matçında ədaləti təmsil edib.
Sportline.az xəbər verir ki, "Krasnodar Arena"da təşkil olunan yoldaşlıq oyunu 5-1 hesabı ilə meydan sahiblərinin xeyrinə nəticələnib.
Görüş zamanı hakimlər briqadamızın idarəçiliyinə qarşı heç bir ciddi etiraz müşahidə olunmayıb.