"Akhisar" - "Qalatasaray"
Türkiyə Super Kubokunda 2017/2018-ci il mövsümünün qalibi müəyyənləşib. SportLine.az xəbər verir ki, mükafat uğrunda ölkə çempionu "Qalatasaray" və Türkiyə kubokunun sahibi "Akhisar" üz-üzə gəlib.
Qarşılaşmanın əsas və əlavə vaxtında qalib olmayıb. Penaltilər seriyasında isə daha dəqiq olan "Akhisar" futbolçuları Super Kuboka yiyələniblər.
07 avqust 2018
Türkiyə Super Kuboku
"Akhisar" - "Qalatasaray" - 1:1
QOLLAR: Yevgen Seleznyov, 5 (1:0); Eren Derdiyok, 79 (1:1)
PEN.: 5:4