AL: Finalın televiziya yayımı ilə bağlı işgüzar səfər başlayıb

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq davam edir.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, artıq UEFA nümayəndələrinin Bakıya televiziya yayımı ilə bağlı işgüzar səfəri başlayıb.

Aprelin 24-nə qədər davam edəcək səfər proqramında UEFA TV və yayım hüququna sahib televiziya kanallarının 40 nəfərə yaxın rəsmi nümayəndəsi kamera platformaları, VAR sisteminin yerləşdirilməsi və quraşdırılması, TV və media tribunasının, eləcə də daxili və üst studiyaların son vəziyyəti ilə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.