AL: həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

"Benfika"19 yaşlı yarımmüdafiəçisi Joau Feliş Sekeyra Avropa Liqasında həftənin oyunçusu olub. 

Sportline.az xəbər verir ki, "Benfika" - "Ayntraxt" (4:2) matçında 3 qol vuran futbolçu Avropa Liqasında ən gənc "het-trik" müəllifi olub.

Qeyd edək ki, həftənin oyunçusu adına "Arsenal"ın yarımmüdafiəçisi Aaron Remsi, "Çelsi"nin hücumçusu Villian və "Valensiya"nın forvardı Qonsalu Qedeş də namizəd idi.