Aleks de Souza məşqçi ola bilər

“Fənərbağça”nın sabiq futbolçusu Aleks de Souza karyerasını məşqçi kimi davam etdirə bilər.

Sportline.az xəbər verir ki, braziliyalı oyunçu açıqlamasında artıq 20 yaşadək futbolçulardan ibarət komandaları çalışdırmaq imkanı verən B lisenziyasını aldığını bildirib.

O, həmçinin futbolçu, futzalçı, məşqçi və ata olaraq təcrübələrini birləşdirəcəyini deyib.