Aleksandr Səmədov finalın səfiri olacaq

UEFA Avropa Liqasının bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun daha bir səfiri müəyyənləşib. 

Sportline.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvanın təmsilçisi “Dinamo”, “Lokomotiv”, “Spartak” və “Moskva” klublarının heyətində oynayan, hazırda Samaranın “Krılya Sovetov” komandasında çıxış edən Aleksandr Səmədov UEFA Avropa Liqasının finalının səfiri olacaq.

Qeyd edək ki, Rusiya milli komandasının heyətində 50-dən çox oyun keçirən Aleksandr Səmədov UAL Final-2019-un səfiri kimi aprelin 20-də və 21-də Moskvada keçiriləcək UEFA Avropa Liqasının “KİA Kubok Turu”nda iştirak edəcək.