Aleksandr Səmədov futbolu hokkeyə dəyişir

Rusiya millisinin Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov gələcək planlarından söz açıb.

Sportline.az sport-express.ru saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi peşəkar karyerasını bitirmək barədə düşünür: "Spartak"la müqaviləmin başa çatmasına bir il qalıb. 35 yaşım olanda karyeramla bağlı qəti qərar verəcəyəm. Peşəkar futbolla vidalaşandan sonra, dağ xizəyi və hokkeylə məşğul olmaq niyyətindəyəm. Hələlik isə, peşəkar futbolçu kimi, özümdə güc və istək olduğunu hiss edirəm. Komandama xeyir verə bildiyimin fərqindəyəm"

Qeyd edək ki, Aleksandr Səmədov iyunda başlanacaq dünya çempionatının ev sahibi - Rusiya millisinin heyətində yer alır.