Aleksandr Səmədov qərarını açıqladı

Samaranın "Krılya Sovetov” komandasında çıxış edən Aleksandr Səmədov peşəkar karyerasını mövsümün sonunda bitirə bilər.

Sportline.az xəbər verir ki, bu barədə futbolçunun özü TASS-a müsahibəsi zamanı bildirib.

Rusiya milli komandasının sabiq futbolçusu Samara klubu ilə mövsüm sonunda bitəcək olan müqaviləsini uzadacağını bilmədiyini qeyd edib: "Bu şəhəri çox bəyəndim, şəhər və futbol bazası yaxşıdır. Hazırda zədəmi sağaltmağa çalışıram. Nələrin olacağını görəcəyik. Peşəkar karyeramı bu mövsümün sonunda ya da növbəti mövsüm bitirəcəyəm".

34 yaşlı futbolçu ötən il Rusiyada keçirilən Dünya Çempionatından sonra milli komandadakı karyerasını bitirib. Peşəkar karyerası ərzində rusiyalı yarımmüdafiəçi "Dinamo”, "Lokomotiv”, "Spartak”, "Moskva” klublarının heyətində oynayıb.

Qeyd edək ki, Aleksandr Səmədov "Krılya Sovetov" klubuna bu ilin yanvarında "Spartak"dan transfer olub. Samara klubu onunla mövsümün sonuna qədər müqavilə imzalayıb. Aleksandr Səmədov mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununun səfirlərindən biridir.(Report)