Aleksandr Səmədov qərarını açıqladı

Rusiya futbolunun tanınmış simalarından olan Aleksandr Səmədov karyerasını bitirmək qərarına gəlib.

Sportline.az xəbər verir ki, Azərbaycan əsilli futbolçu bunu instaqram səhifəsi vasitəsilə bəyan edib.

Qeyd edək ki, 35 yaşlı yarımmüdafiəçi "Spartak"ın heyətində 1 dəfə Rusiya çempionu olub (2016-17), 1 dəfə isə ölkə Superkubokunu qazanıb (2017). Səmədov "Lokomotiv"lə də 3 qat Rusiya Kubokunun qalibidir (2007, 2015, 2017).

Uzun illər Rusiya millisinin şərəfini qoruyan Aleksandr Səmədov seçmə komandanın heyətində  keçirdiyi 53 oyunda 7 qol vurub.