Aleksandr Səmədovun "Krılya Sovetov"a keçidi rəsmiləşdi

Azərbaycan əsilli futbolçu Aleksandr Səmədovun "Kırlya Sovetov"a keçidi rəsmiləşib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi yeni komandasında 19 nömrəli formanı geyinəcək.

A.Səmədov bundan əvvəl Moskvanın "Spartak", "Dinamo" və "Lokomotiv" komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayev də "Krılya Sovetov"da çıxış edir.