Aleksey İsayevin taleyinə aydınlıq gətirildi

Millimizin üzvü Aleksey İsayev, «Sumqayıt»ın düşərgəsinə dönüb.

Sportline.az xəbər verir ki, klubla müqaviləsi gələn ilin yayında bitəcək 24 yaşlı futbolçu, rəhbərliklə münasibətləri qaydaya salıb.

Qeyd edək ki, ötən mövsüm başa çatandan sonra Rusiyaya yollanan Alekseyin niyyəti karyerasını yetirməsi olduğu «Yenisey»də davam etdirmək idi. Amma, «Gənclik şəhəri» təmsilçisinin İsayevə 100 min manat transfer qiyməti təyin etməsi Rusiya klubunu bu sevdadan çəkindirdi.

Yarımmüdafiəçi ötən müddət ərzində düşərgəyə dönməkdən imtina edincə, klub maaşının ödənilməsini dayandırdı. Ondan öncə AFFA-ya, ardınca FİFA-ya şikayət ərizəsi ünvanlandı.

Prosesin gedişi İsayevə xoşbəxt sonluq vəd etmirdi – cəza alacağı, belədə minimum 2 il yaşıl sahələrdən uzaq qalacağı şübhə doğurmurdu. Odur ki, gec də olsa, daşı ətəyindən tökdü və geri dönmək məcburiyyətində qaldı.