Alisson Beker: "Messi başqa planetdən gəlib"

"Liverpul"un qapıçısı Alisson Beker "Barselona"nın kapitanı Lionel Messi haqqında danışıb.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, 32 yaşlı hücumçunun fanatı olduğunu deyib: "Məncə, Messi başqa bir planetdən gəlib. "Qızıl top"u qazanmağa layiq idi. Onun fanatıyam".

Qeyd edək ki, L. Messi bu il karyerasında 6-cı dəfə dünyanın ən yaxşı oyunçusu seçilib.