"Alisson Romada xoşbəxtdir" - Taffarel
Qapıçılar üzrə braziliyalı məşqçi Klaudio Taffarel Alisson Bekkerin karyerası ilə bağlı bəzi sualları cavablandırıb. SportLine.az xəbər verir ki, mütəxəssis "Tele Radio Stereo"ya açıqlamasında bunları deyib:
"Hazırda Dünya çempionatına hazırlaşırıq və Alisson ancaq bu barədə düşünür. Bütün vaxtını komanda ilə birgə keçirir. Ötən mövsüm "Roma" möhtəşəm oyun sərgiləyib. Komandasını dəyişmək planı yoxdur. Alisson Romada xoşbəxtdir".
Qeyd edək ki, Alissonun transferində "Real" və "Liverpul" kimi klubların adları hallanır.