Alleqri "Mançester Yunayted"in hədəfində

Joze Mourinyonu istefaya göndərən "Mançester Yunayted" yeni baş məşqçi axtarışlarına davam edir.

SportLine.az xəbər verir ki, "qırmızı şeytanlar" "Yuventus"un çalışdırıcısı Massimiliano Alleqriyə "elçi düşüblər". İngilis klubunun mütəxəssislə ilkin danışıq apardığı bildirilir.

Məlumata görə, M.Alleqri Turini tərk etmək niyyətində deyil. Son müsahibələrinin birində də ona ünvanlanan, "Mançester Yunayted"in baş məşqçisi vəzifəsinə namizəd göstərilirsiniz. Belə bir keçid mümkündürmü?" - sualına, o, "Yuventus"la görəcəyimiz çox iş var. İlk növbədə də Çempionlar Liqasını qazanmalıyıq. Buna görə, bu haqda danışmağa dəyməz", - deyib.

Qeyd edək ki, M.Alleqri 2014-cü ildən "Yuventus"un uğurları üçün çalışır.