"Alman maşını"nın bir "cihaz"ı ayrılır

"Bavariya"nın futbolçusu Jeremi Boatenq komandadan ayrılmaq niyyətindədir.

Sportline.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı oyunçunun meneceri bu məsələ ilə bağlı klubun direktoru Hasan Salihamidzic ilə görüşüb. Münhen təmsilçisinin almaniyalı müdafiəçini komandada saxlamaq üçün təkid etməyəcəyi bildirilib.

Qeyd edək ki, J. Boatenq 2011-ci ildən Bundesliqa təmsilçisində çıxış edir.