Almaniya futbolu ona tapşırıldı

Almaniya Futbol İttifaqının (DFB) yeni prezidenti müəyyənləşib.

Sportline.az xəbər verir ki, Frits Keller qurumun rəhbəri seçilib. 

Prezident seçkisi Frankfurt şəhərində baş tutub. 62 yaşlı funksioner seçkidə yeganə namizəd olub və bu vəzifəyə yekdilliklə seçilib. 

Keller bu postda aprel ayında istefa verən Raynhard Qrindeli əvəzləyəcək.