Almaniya klubu baş məşqçi ilə vidalaşdı

Almaniya Bundesliqa təmsilçisi "Köln" baş məşqçisi Axim Bayerlorzerlə yolları ayırıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, komandanın bu mövsüm uğursuz çıxışı səbəbindən bu addım atılıb. "Köln"ü müvəqqəti olaraq Andre Pavlyak və Manferd Şmidin çalışdıracağın bildirilib.

Qeyd edək ki, Almaniya klubu  hazırda 7 xalla 17-ci pillədə qərarlaşıb.