Almaniya klubunda yeni baş məşqçi

Bundesliqa təmsilçisi "Maynts"ın yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Axim Bayerlorzer təyin edilib. Onunla 2022-ci ilin yayına kimi müqavilə imzalanıb. 51 yaşlı mütəxəssis bir neçə gün əvvəl istefaya göndərilən  Sandro Şvartsı əvəzləyib.

Qeyd edək ki, Bayerlorzer bu mövsümün əvvəl "Köln"ün baş məşqçisi təyin olunmuş, ancaq 9 gün əvvəl klubla yolları ayırmışdı.