Almaniya Kubokunda dramatik oyun: "Borussiya" mübarizəni dayandırdı
Almaniya Kubokunun 1/8 final mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.
Favoritlərdən Dortmund "Borussiya"sının "Verder"lə dueli dramatik alınıb.
Əsas vaxtda tərəflər hərəyə bir dəfə, əlavə vaxtda isə iki dəfə fərqlənib. Beləliklə, əlavə vaxtın yekununda hesab 3:3 olub.
Penaltilər seriyasında isə Bremen futbolçuları daha dəqiq oynayıblar - 4:2.