Almaniyada çıxış edən futbolçular millimizdə

Avropa çempionatının elit-raunduna hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının fevralın 6-dan 9-dək Bakıda, ayın 10-dan 18-dək isə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışı olacaq.

SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv hazırlıq prosesi çərçivəsində fevralın 12-də İspaniyanın, iki gün sonra “Ranero” klubunun və fevralın 17-də Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunları keçirəcək.

Murad Mahmudov və Maksim Bayramov komandanın düşərgəsinə fevralın 10-da qoşulacaq.

Toplanışa dəvət olunmuş futbolçuların siyahısı

    AD, SOYAD

   KLUB

1

Nicat Mehbaliyev

Qarabağ

2

Nail Alışov

Neftçi

3

Əkbər Vəliyev

Keşlə

4

Elnur İbrahimov

Spartak-2 (Moskva, Rusiya)

5

İbrahim Hüseynov

Qarabağ

6

Zahid Mərdanov

Sabah

7

Rauf Hüseynli

Qarabağ

8

Rüstəm Nuriyev

Qəbələ

9

Vüsal Məsimov

Qəbələ

10

Zamiq Əliyev

Qarabağ

11

Şakir Seyidov

Sabah

12

İdris İnqilablı

Qəbələ

13

Turan Vəlizadə

Neftçi

14

Maksim Bayramov

Bielefeld (Almaniya)

15

Tural Bayramov

Qarabağ

16

Elvin Cəfərquliyev

Qarabağ

17

Murad Mahmudov

FSV Frankfurt (Almaniya)

18

Kamran Quliyev

Jonova (Litva)

19

Musa Qurbanlı

Qarabağ 

20

Emil Qasımov

Sabah