Almaniyalı futbolçu üçün 2 varinat: "Barselona", yoxsa "Arsenal"?
"Şalke"nin futbolçusu Maks Meyer karyerasını legioner kimi davam etdirə bilər. SportLine.az "Star"a istinadən xəbər verir ki, "Arsenal" və "Barselona" yarımmüdafiəçinin xidmətində maraqlıdır. Onun yaxın həftələr ərzində hər iki klubla danışıqlar aparacağı gözlənilir. Futbolçunun keçidi mövsümün sonuna planlaşdırılır.
Qeyd edək ki, 2013-cü ildən "Şalke"nin əsas komandasında çıxış edən M.Meyer 140 oyunda meydana çıxıb və 17 qol vurub.