Almaniyalı gənc ulduz London klublarının hədəfində

Mönşenqladbax "Borussiya"sının futbolçusu Mattias Ginter London klublarının maraq dairəsindədir. SportLine.az xəbər verir ki, "Tottenhem" və "Arsenal" 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.

"Sky Sports"un məlumatına görə, hər iki klub Almaniya millisinin müdafiəçisi üçün danışıqlara hazırlaşır. Premyer Liqa təmsilçisiləri cari mövsümün sonunda futbolçunun keçidini rəsmiləşdirmək niyyətindədir.

Qeyd edək ki, "Frayburq" və Dortmund "Borussiya"sında da çıxış edib.