Almeyda "Astana"da qol hesabını açdı

Azərbaycan millisinin üzvü Riçard Almeydanın şərəfini qoruduğu "Astana" Qazaxıstan çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Akjayık" kollektivi olub. Qarşılaşma "Astana"nın qələbəsi ilə yekunlaşıb - 2:1.

R.Almeyda meydana start heyətində daxil olub və 23-cü dəqiqədə penaltidən hesabı açıb.

Əlavə edək ki, 26 turdan sonra "Astana" 61 xalla 1-ci pillədə qərarlaşıb.