Almeyda: "Bu barədə heç bir məlumata malik deyiləm"

Milli komandamızın üzvü Riçard Almeyda "Qarabağ"a qayıdacağı haqda məlumatlara münasibət bildirib. 

Sportline.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Sports.kz" saytına açıqlamasında, bu barədə heç bir məlumata malik olmadığını deyib.

O, klubu "Astana" ilə müqaviləsinin davam etdiyini vurğulayıb. R.Almeyda bildirib ki, hazırda vətəni Braziliyada istirahət edir.  

Qeyd edək ki, R.Almeyda yayda "Astana"ya keçib. Son günlər onun yenidən "Qarabağ" klubuna qayıdacağı ilə bağlı xəbərlər yayılıb.