Almeyda cəzalandı, "Astana" qələbə qazandı
Azərbaycan millisinin üzvü Riçard Almeydanın şərəfini qoruduğu "Astana" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, Qazaxıstan təmsilçisi II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Danimarkanın "Midtyulland" kollektivi olub.
Qarşılaşma "Astana"nın qələbəsi ilə yekunlaşıb - 2:1.
R.Almeyda meydana 76-cı dəqiqədə daxil olub və 5 dəqiqə sonra sarı vərəqə ilə cəzalandırılıb.
Bu görüşdə "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike də meydanda olub.
24 iyul 2018
Çempionlar Liqası
II təsnifat mərhələsi (ilk oyun)
"Astana" (Qazaxıstan) - "Midtyulland" (Danimarka) - 2:1
QOLLAR: Klaynhaysler, 31 (1:0); Vikhaym, 51 (1:1); Klaynhaysler, 90+4 (2:1)