Almeyda da "Qarabağ"ı tərk edir

“Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycanı tərk etmək qərarına gəlib.

Sportline.az xəbər verir ki, ölkə çempionu yayda müqaviləsi bitəcək milliləşdirilmiş braziliyalıya yeni təklik irəli sürsə də, o, karyerasını xaricdə davam etdirmək qərarını verib. Onunla İtaliya və Türkiyə klublarının maraqlandığı bildirilir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün jurnalistlərlə söhbətində təsdiq edib ki, Almeydanın komandada qalmaq ehtimalı çox azdır: “Riçard Almeydanın müqaviləsi bitir. Ona yaxşı təklifləri var”.

Baş məşqçi həmçinin, Pedro Enrikenin də "Qarabağ"dan ayrılacağını bildirib.