Riçard Almeyda milliyə çağırılıb
Qazaxıstanın "Astana” klubunun yarımmüdafiəçisi Riçard Almeyda, növbəti toplanışda milli komandamızın düşərgəsində olacaq.
Sportline.az xəbər verir ki, o, millimizin UEFA Millətlər Liqasında Kosovo və Malta ilə oyunlarına dəvət edilib.
Qeyd edək ki, sentyabrın 7-də Bakıda Kosovo ilə qarşılaşacaq komandamız, 3 gün sonra səfərdə Maltanın qonağı olacaq.
Riçard Almeyda 2017-ci ildən dəvət aldığı milli komandamızda keçirdiyi 8 oyunda 1 qol vurub.