Almeyda oynadı, "Astana" 3 xal qazandı
"Astana" Qazaxıstan çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, 21-ci tur çərçivəsində təşkil olunan görüşdə rəqib "Atırau" kollektivi olub.
Qarşılaşma "Astana"nın qələbəsi ilə yekunlaşıb - 2:0.
Azərbaycan millisinin üzvü Riçard Almeyda meydana start heyətində daxil olub və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Astana" 53 xalla turnir cədvəlinin 1-ci pilləsindədir.