Almeyda oynadı, "Astana" səfərdə xal qazandı

Azərbaycan millisinin üzvü Riçard Almeydanın şərəfini qoruduğu "Astana" UEFA Avropa Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Yablonets" kollektivi olub.

Qarşılaşma bərabərliklə yekunlaşıb - 1:1.

R.Almeyda meydana start heyətində daxil olub və 90-cı dəqiqədə əvəzlənib.

"Astana"nın yeganə qoluna "Qarabağ"ın sabiq oyunçusu Pedro Enrike imza atıb.

Qeyd edək ki, bu nəticə ilə "Astana" 1-ci pillədəki yerini qoruyub.

Standings provided by Sofascore LiveScore