Almeyda oynadı, komandası 1 xalla kifayətləndi

Azərbaycan millisinin üzvü Riçard Almeydanın şərəfini qoruduğu "Astana" Qazaxıstan çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Aktobe" kollektivi olub. 

Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

R.Almeyda meydana start heyətində daxil olub və 90 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, "Astana" 54 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.