Almeydadan "Neftçi" açıqlaması

Azərbaycan millisinin üzvü Riçard Almeyda “Qarabağ”dan ayrılmaq barədə danışıb. 

Sportline.az xəbər verir ki, Futbolinfo.az-a fikrini açıqlayan futbolçu klubdan cavab gözlədiyini bildirib: 

“Qarabağ”la danışığımız oldu. Hər şeyi açıq-aşkar danışdıq. Mən də klubdan, Emrah Çəlikəldən cavab gözləyirəm. Nə olacaqsa, olacaq. Qarşıdakı vaxtda bunu görəcəyik. Hal-hazırda Braziliyada dincəlirəm. Mənim üçün həmişə ilk önəm verdiyim komanda “Qarabağ” olacaq. Əgər alınmayacaqsa, ayrılacağıq. Hara getsəm, baş məşqçi Qurban Qurbanova məlumat verəcəm”. 

Almeyda “Neftçi”yə keçmək ehtimalından da danışıb: “Mən bunu bəyan edirəm ki, mən heç zaman “Neftçi”də oynamayacam. Çünki Azərbaycanda mənim üçün bir komanda var ki, o da “Qarabağ”dı. Bütün uğurlarım bu klubladır. Məşqçimizlə, komanda yoldaşlarımla keçmiş günlərimiz, uğurlarımız çox dəyərlidir. Azərbaycanda oynaya biləcəyim tək komanda “Qarabağ”dı”.