Almeydanın yeni klubu müəyyənləşdi

Azərbaycan milli komandasının üzvü Riçard Almeydanın yeni klubu rəsmən müəyyənləşib.

Sportline.az xəbər verir ki, “Qarabağ”da keçirdiyi 5 illik parlaq mövsümdən sonra Almeyda Qazaxıstan çempionatına üz tutub. Yarımmüdafiəçi Azərbaycan futboluna çox tanış sima olan Roman Qriqorçukun başçılıq etdiyi Astana klubu ilə 3 illik  müqaviləyə qol çəkib. İlk il üçün müqavilənin dəyəri 1 milyon avrodur. 

Məsələ burasındadır ki, “Astana” Riçardın xidmətində 3 həftədir ki, maraqlı idi. Lakin Avropada oynamaq istəyən braziliyalı onların təklifinə müsbət cavab vermirdi. Nəhayət, bu gün səhər saatlarında yekun danışıqlar olub və Riçardla klub arasında 3 illik sözləşmə imzalanıb.

(Futbol11.az)