AMADA legioner basketbolçunu diskvalifikasiya edib

AMADA legioner basketbolçunu antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edib.

Bu barədə Sportline.az-a agentlikdən məlumat verilib.

Javaun Markel Daniels 3 aylıq müddətə yarışlardan uzalaşdırılıb. Buna səbəb onun nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu olub.

Sanksiyanın müddəti avqustun 1-dən oktyabrın 31-nə qədər təyin olunub. 

Qeyd edək ki, basketbolçunun son klubu "Sumqayıt" olub. O, intizamsılıq etdiyinə görə komandadan uzaqlaşdırılıb.