Amerika kubokunda qruplar müəyyənləşdi

Amerika kubokunda püşk atılıb. SportLine.az xəbər verir ki, 14 iyun - 7 iyul tarixlərində Braziliyada təşkil olunacaq yarışda 12 komanda mübarizə aparacaq. Cənubi Amerika komandaları ilə yanaşı, Yaponiya və Qətərin də qonaq komanda qismində qatılacağı yarışın püşkatmasının nəticələrini diqqətinizə çatdırırıq:

"A" qrupu: Braziliya, Boliviya, Venesuela, Peru

"B" qrupu: Argentina, Kolumbiya, Paraqvay, Qətər

"C" qrupu: Uruqvay, Ekvador, Yaponiya, Çili