Amil Yunanovun yeni klubu məlumdur

"Keşlə" ilə yolları ayrılan Amil Yunanovun yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, 26 yaşlı hücumçu karyerasını yenidən "Sumqayıt"da davam etdirəcək.

Tərəflər arasında 1 illik müqavilə imzalanıb və transfer yaxın zamanda rəsmən açıqlanacaq.

Qeyd edək ki, Yunanov 2015-18-ci illərdə "Sumqayıt"ın formasını geyinərək məhz bu klubda çıxışıyla tanınıb. O, ötən ilin yay fasiləsində "Keşlə"yə keçsə də, bu 1 ildə özünü yaxşı tərəfdən göstərə bilmədi. 

sport24.az